IQNA

Çində hoteli müsəlman müştəri qəbul etdiyi üçün cərimə etdilər

8:14 - October 11, 2017
Xəbər sayı: 3482251
Çinin cənub-şərqində yerləşən Guanqdung əyalətinin Şenzen şəhərində yerli polislər uyğur müsəlmana otaq verdiyi üçün hoteli cərimələdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin cənub-şərqində yerləşən Guanqdung əyalətinin Şenzen şəhərində yerli polislər uyğur müsəlmana otaq verdiyi üçün hoteli cərimələdilər.

Cari həftənin ilk günü bu hadisənin baş verdiyini təsdiqləyən hotel işçisi dedi: Əyalət polisi göstəriş verib ki, hotellər müsəlman müştəriləri qəbul etməsinlər. Buna görə də, bu göstərişə əməl etməyərək uyğur müsəlmana xidmət göstərən hotel cərimələndi.

Qeyd edək ki, Çinin Komunist partiyasının milli konqresinin keçirilməsi ərəfəsində bu ölkədə yaşayan müsəlmanlara qarşı təzyiqlər çoxalıb və müsəlman uyğurların ictimai hərəkətlərinə məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərdən biri də budur ki, hotellər uyğur müsəlmanlara xidmət göstərməməlidir.

Uyğurlar Çinin şimal-qərbində Sinkyang əyalətində (Şərqi Türküstan) yaşayan müsəlman türk tayfalarıdırlar. Onların sayı 35 milyondan çoxdur. Çin dövləti 1960-cı ildən bu yana radikalizmlə mübarizə bəhanəsi ilə bu müsəlmanlara zülm edir, onların fərdi, dini və ictimai hüquqlarını tapdalayır.

http://www.iqna.ir/fa/news/3651213


Teqlər: iqna ، çin ، uyğur
captcha