IQNA

Frankfurt kitab sərgisində təqdimatı olacaq:

"Osmanlı və vəhabilər necə doğuldu?"

10:29 - October 12, 2017
Xəbər sayı: 3482254
Dünyanın ən böyük kitab sərgisi dünən Almaniyanın Frankfurt şəhərində öz işinə başlayıb. Sərgidə dünyanın bir çox ölkələrinin, o cümlədən İran İslam Respublikasının da bəzi naşirləri iştirak edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin 3-cü günü, 11 Oktyabr 2017-ci il, dünyanın ən böyük kitab sərgisi dünən Almaniyanın Frankfurt şəhərindən öz işinə başlayıb və Oktyabr ayının 15-dək davam edəcəkdir.


Sərgidə dünyanın bir çox ölkələrinin, o cümlədən İran İslam Respublikasının da naşirləri iştirak edəcəklər.

فردا///«عثمانی‌ها و وهابیون» چگونه متولد شد؟/ رونمایی در نمایشگاه فرانکفورت + عکس

Bu sərigdə bu il şahid olacağınız maraqlı hadisələrdən biri də iranlı müəllif Seyid Əli Mucaninin "Osmanlılar və Vəhabilər" kitabının almanca tərcüməsinin təqdimatı mərasimi olacaqdır.

فردا///«عثمانی‌ها و وهابیون» چگونه متولد شد؟/ رونمایی در نمایشگاه فرانکفورت + عکس

Seyid Əli Mucani İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət İşləri İdarəsinin işçisidir. O, yeddi il öncə fars dilində "Təqariri Nəcd" (Vəhabilərin ana vətəni və vəhabi əqidəsinin meydana çıxdığı Nəcd şəhəri barədə yaddaştlar) kitabını Ayətullah Üzma Seyid Əli Sistaninin Qum şəhərindəki nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Cavad Şəhristaninin və onun təsis etdiyi "Əhli-Beyt (ə) müəssisəsi"nin dəstəyi ilə "İslam və İran tarixi kitabxanası" nəşriyyatında İranda çap etdi.

فردا///«عثمانی‌ها و وهابیون» چگونه متولد شد؟/ رونمایی در نمایشگاه فرانکفورت + عکس

Bu kitab Alman dilinə "Osmanlılar və Vəhabilər" adı ilə tərcümə edilib və Frankfurt kitab sərgisində təqdimat mərasimi keçiriləcəkdir.

Kitabda əsas mövzu birinci Səudiyyə dövlətinin sonunadək Məhəmməd ibn Əbdülvəhab (vəhabiliyin banisi) və vəhabiliyin böyükləri ilə Osmanlı imperatorluğu arasında əlaqələrdən danışan sənədlərdir.

Müəllif Osmanlıların vəhabilər barədə sənədlərini araşdırmış, İran və Osmanlı əlaqələrinə toxunmuş, Nəcd hadisələri tarixinin bu iki ölkə siyasətində təsirindən danışmış və 1150 – 1233-cü hicri illəri ərzində İslam dünyasının dini, ictimai və siyasi fəzasını göstərməyə çalışmışdır.

Müəllif İQNA ilə müsahibəsində vurğulayıb ki, kitabda Osmanlıların daxili siyasətinin, həmçinin İngilis və Fransızların vəhabiliyin artması və genişlənməsindəki rolu və vəhabilərin İslami irsi (kitabları, tarixi binaları, ziyarətgahları) necə məhv etmələri barədə tutarlı sənədlər mövcuddur. Bu sənədlər Osmanlı imperiyasının müxtəlif şəhərlərdəki valiləri tərəfindən hesabat olaraq hazırlanmış və Osmanlı sarayına göndərilmiş sənədlərdir.

Bu kitabda oxuyuruq: "Vəhabilik Nəcddə yarandığı günlərdə Səfəviyyə və Osmanlı imperiyası zəifləmişdilər. Digər tərəfdən də İngiltərə və Fransa İslam torpaqlarını işğal etmək üçün bir-birilə rəqabət edirdilər. Məhəmməd ibn Əbdül-Vəhab Nəcdə Səud sülaləsi ilə anlaşdıqdan sonra ətraf ərazilərə hücumlara başladılar. Onlar Həcc karvanlarının yollarını kəsib onları soydular... Əyyaşlıqda başı qarışmış Osmanlı valiləri bu barədə saraya gec və həm də yalan məlumatlar ötürürdülər... İranda Əfşarların daxili çəkişmələri onları vəhabilərdən qafil etmişdi... İranın Zəndilər hakimiyyəti Oman və Bəsrədə üsyançılar ilə vuruşurdular... Bağdadda Sleyman Paşa vəhabilər və şiələrin arasında yaranmış böhrandan öz hakimiyyətinin (İran və İraq ərazisində) genişlənməsi və möhkəmlənməsi üçün istifadə etmək niyyətində idi. Onun bu niyyəti bais oldu ki, vəhabilər Nəcəf şəhərini 4 ay mühasirədə saxlasınlar və Kərbəlada qətliam törətsinlər... Bu qarışıq vəziyyətdən istifadə edən Səud sülaləsi və vəhabilər sürətlə qüdrətlərini və ərazilərini artırırdılar... Belə bir zamanda Böyük Britaniya vəhabilərə "dostluq əli" uzatdı... Napeleonun Misr və Hicazın şimalına hücumu Osmanlıları daha da zəiflətdi və Vəhabilər bundan istifadə edib Məkkə və Mədinəni (1218 hq) işğal etdilər. Vəhabilər Fars Körfəzini ələ keçirdikdən sonra İngiltərə öz hərbi dəniz donamasını bu körfəzə gətirdi... Qacarilərin qüdrətli qoşunun bacarıqlı sərkərdəsi Sadiq Xanın zəkası ilə Fars Körfəzi vəhabilərdən azad edildi, vəhabi qoşunları Qətifdə məğlub olub geri çəkildilər və birinci Ali-Səud dövləti 1233-cü ildə süqut etdi... Bu süqutdan 48 sonra İngiltərə qoşunların kapitanı Sadler Nəcd şəhərinə getdi və sonra Osmanlı valisi İbrahim Paşa ilə görüşdü...".

فردا///«عثمانی‌ها و وهابیون» چگونه متولد شد؟/ رونمایی در نمایشگاه فرانکفورت + عکس

Qeyd edək ki, bu kitab Əqil Xurşa tərəfindən "Vəsaiqu-Nəcd" adı ilə Ərəb dilinə də tərcümə edilmişdir.

http://www.iqna.ir/fa/news/3651500

فردا///«عثمانی‌ها و وهابیون» چگونه متولد شد؟/ رونمایی در نمایشگاه فرانکفورت + عکس


Teqlər: iqna ، osmanlı ، səfəviyyə ، vəhabilik ، nəcd
captcha