IQNA

İsveçrə İslam Mərkəzinin divarına anti-islam şüarlar yazdılar + Foto

10:34 - October 16, 2017
Xəbər sayı: 3482267
Təxribatçı "R Start" İsveçrənin "İslam və Əhli-Beyt (ə) Mədəniyyəti Mərkəzi"nin divarına, poçt qutusuna və giriş qapısına dini aşağılayıcı və İslamofob şüarlar yazıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, radikal irqçi, təxribatçı və şeytanpərəst "R Start" qruplaşması İsveçrənin "İslam və Əhli-Beyt (ə) Mədəniyyəti Mərkəzi"nin divarına, poçt qutusuna və giriş qapısına dini aşağılayıcı və İslamofob şüarlar yazıb.

İslam düşmənləri tərəfindən himayə edilən "Seyid Məhəmməd Hüseyni" (?!) adlı bir şəxs tərəfindən idarə edilən bu şeytanpərəst qrupun hədəfi müsəlmanlar və qeyri-müsəlmanlar arasında fintə alovlandırmaq, məzhəbçilik və milliyyətçilik məsələlərini qızışdırmaqdır.

Bu qruplaşmanın üzvləri İran İslam Respublikasında da bir neçə bankın şüşələrini sındıraraq və Tehranın "Cəvadul-Əimmə (ə)" məscidini yandıraraq ortalığı qarışdırmaq və fitnə yaratmaq istədilər ki, arzularına çatmadan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildilər.

İsveçrənin "İslam və Əhli-Beyt (ə) Mədəniyyəti Mərkəzi"nin yaydığı bəyaniyyədə bu məlumat təsdiqlənib və həmçinin müsəlmanlardan istənilib ki, bu cür fitnələrə uymasınlar. Həmçinin mərkəz öz işinə davam edir və bu məsələ ilə bağlı İsveçrənin təhlükəsizlik qüvvələri və məhkəmə orqanları araşdırmaya başlayıblar.

http://www.iqna.ir/fa/news/3653205

آماده//شعارنویسی «ری‌ استارت» بر مرکز اسلامی سوئیس + عکس


شعارنویسی «ری‌ استارت» بر مرکز اسلامی سوئیس + عکس

شعارنویسی «ری‌ استارت» بر مرکز اسلامی سوئیس + عکس
captcha