IQNA

Norfolk məcsidi dinlərarası dostluğun uğurlu nümunəsi

10:16 - December 12, 2017
Xəbər sayı: 3482499
ABŞ-ın Norfolk şəhər məscidi davamlı şəkildə dinlərarası iclas və ziyafətlər təşkil edərək bu şəhərdə yaşayan müsəlman cəmiyyətinin və İslam dininin daha yaxşı tanınması üçün münasib şərait yaradıb.

Norfolk məcsidi dinlərarası dostluğun uğurlu nümunəsiİQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Virciniya ştatının Norfolk şəhərinin məscidi həmişə və davamlı şəkildə dinlərarası iclaslar, dostcasına dialoqlar və ziyafətlər təşkil edərək bu şəhərdə yaşayan müsəlman cəmiyyəti ilə digər dinlərin davamçıları arasında dostluğu genişləndirib və İslam dininin daha yaxşı tanınması üçün münasib şərait yaradıb.

ABŞ-ın Virciniya əyalətinin Norfolk şəhər məscidinin fəal və aktiv üzvü Səhər Mirza deyir: Bir kəsi yaxından tanıdığın zaman ona nifrət bəsləmək çətin olur. Bizim də bu məsciddəki proqramlardan hədəfimiz digər dinlərin davamçılarına müsəlmanları yaxından və daha yaxşı tanımaqları üçün münasib şərait yaratmaqdır.

O əlavə edir: Norlfok məscidinin digər dinlərin davamçıları ilə yaxın əlaqələri o zamandan başladı ki, bir nəfər məscidin qarşısında əlində “mən bir xristianam və müsəlmanları himayə edirəm” sözü yazılmış plakard tutub dayanmışdı. Və müsəlman qadınlar maraq və heyrətlə pəncərə arxasında ona tamaşa edirdilər. Bu zaman onu qəhvə içmək üçün məscidə dəvət edirlər. Bu məsələdən bir həftə keçdikdən sonra 54 yaşlı Zubel həyat yoldaşını da məscidə gətirdi. Bundan sonra isə öz dostunu, bir keşişi və onun xanımını məscidə gətirdi. Və bundan sonra məscidin öz qonşuları ilə dostluğu başladı. Beləliklə bir məscidin dinlərarası dostluq proqramlarına start verdik.

Səhər Mirza deyir: İlk mərhələdə Cümə günləri görüşlər təşkil edirdik. Səmimi söhbətlər edirdik. Bunlar səbəb oldu ki, insanların məscidə axını çoxalsın. İndi məscidin qapısı bütün dinlərin davamçılarının üzünə açıqdır. Onlar da müsəlmanları himayə edir və dəstəkləyir.

Can Estuvart ki, Norfolk şəhərinin xristianlarındandır, deyir: Məscidə gəldiyim zaman müsəlmanlara qarşı ürəyimdə daşıdığım bütün nifrəti özümdən uzaqlaşdıra bildim. Mən məsciddə həmişə şad olmağa və gülməyə hazır insanlar gördüm. Onların qapısı hamının üzünə açıq idi və onlar istəyirdilər ki, hamı onları yaxşı tanısın.

http://iqna.ir/fa/news/3671584

مسجد «نورفک» ویرجینیا؛ نمونه‌ای موفق در تحکیم دوستی پیروان ادیان

مسجد «نورفک» ویرجینیا؛ نمونه‌ای موفق در تحکیم دوستی پیروان ادیان

captcha