IQNA

“İmam Əli (ə) təfəkküründə rəhbərlik” kitabı çap və nəşr edildi

10:53 - December 16, 2017
Xəbər sayı: 3482514
Kərbəlanın “Nəhcül-Bəlağə Elmləri Müəssisəsi” iraqlı tədqiqatçı xanımın qələmi ilə yazılmış “İmam Əli (ə) təfəkküründə rəhbərlik” adlı elmi-təhlili bir kitabın çap və nəşr edildiyini xəbər verib.

“İmam Əli (ə) təfəkküründə rəhbərlik” kitabı çap və nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı nəzdində fəaliyyət göstərən “Nəhcül-Bəlağə Elmləri Müəssisəsi” iraqlı tədqiqatçı xanımın qələmi ilə yazılmış “İmam Əli (ə) təfəkküründə rəhbərlik” adlı elmi-təhlili bir kitabın çap və nəşr edildiyini xəbər verib.

Bu kitab Ərəb dilində «الارشاد فی فکر الامام علی(ع)» “Əl-İrşad fi fikril-İmam Əli (ə)” adı ilə çap və nəşr edilib.

Kitab İraqın tanınmış qələm əhli və İslami araşdırmaçı yazar xanım Nihayə Cəbir Məhəmmədavi tərəfindən qələmə alınmışdır.

İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı nəzdində fəaliyyət göstərən “Nəhcül-Bəlağə Elmləri Müəssisəsi” informasiya şöbəsinin başçısı Əhməd Cəfərinin bu kitabın nəşri barədə dediklərinə görə, bu kitab əslində universitetinin elmi işlərindən biri olub və sonradan bu müəssisə tərəfindən alınaraq çap və nəşr edilib.

Kitabın əsas mövzusu İmam Əlinin (ə) təfəkküründə rəhbərlik və ümmətin hidayəti məsələsini Nəhcül-Bəlağə kitabı əsasında izah etməkdir.

Kitabın müəllifi Nəhcül-Bəlağənin xütbə, məktub və hikmətli kəlamlarını araşdıraraq İmam Əlinin (ə) baxışında İslami rəhbərlik və hidayətçilik prinsiplərini və əsaslarını təhlil edib.

http://iqna.ir/fa/news/3672415

captcha