IQNA

İslam 2070-ci ilədək düyanın ən böyük dini olacaq

23:57 - March 14, 2018
Xəbər sayı: 3482905
Amerika tədqiqat mərkəzlərindən birinin araşdırmalarının nəticəsinə əsasən, İslam dini 2070-ci ilədək dünyanın ən böyük dini olacaqdır.

İslam 2070-ci ilədək düyanın ən böyük dini olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika tədqiqat mərkəzlərindən birinin araşdırmalarının nəticəsinə əsasən, İslam dini 2070-ci ilədək dünyanın ən böyük dini olacaqdır.

ABŞ-ın “Pew Research Center”inin (PEW) araşdırmalarının nəticəsi göstərib ki, İslam dinin dünyada sürətlə inkişafda olan yeganə dindir və gələn əlli il ərzində ardıcıllarının sayına görə, dünyanın ən böyük dini olacaqdır.

Bu mərkəzin hesablamalarına görə, müsəlmanların cəmiyyəti 2010-cu ildən 2050-ci ilədək 75% çoxalacaqdır. Halbuki xristianlıq həmin illər ərzində təkcə 35% çoxalacaqdır.

“Pew Research Center” elan edib ki, müsəlmanların sayı bu sürətlə çoxalmaqda davam edərsə, əsrin sonunadək müsəlmanların sayı xristianlardan çox olacaqdır. Bu hesabata əsasən, 2050-ci ildə müsəlmanların sayı 2.76 milyard, xristianların sayı isə 2.92 milyard olacaqdır.

Mərkəzin hesabatında həmçinin deyilir ki, bu əsrin sonunadək məsihilərin (xristian) sayı 40 milyon nəfər olacaq və 106 milyon nəfər isə bu dindən çıxacaqdır.

http://iqna.ir/fa/news/3699778

Teqlər: iqna ، İslam ، müsəlman ، məsihi ، xristian
captcha