IQNA

Liviyada çubuq lövhələr ilə Quran hifzi ənənəsi

23:14 - March 17, 2018
Xəbər sayı: 3482917
Liviyida Quran ayələrini yazmaq üçün qədimdən taxta lövhələrdən istifadə edilib. Liviyalıların əcdadları və ulu babaları Qurani-Kərimi taxta lövhələrdən istifadə edərək hifz edib, əzbərləyiblər.

Liviyada çubuq lövhələr ilə Quran hifzi ənənəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “akhbaralaan” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Liviyida Quran ayələrini yazmaq üçün qədimdən taxta və çubuq lövhələrdən istifadə edilib. Liviyalıların əcdadları və ulu babaları Qurani-Kərimi taxta lövhələrdən istifadə edərək hifz edib, əzbərləyiblər. Baxmayaraq ki, hazırda dünyada Quranı yazmaq və əzbərləmək üçün müxtəlif müasir metodlardan istifadə edilir, amma Liviyada bu qədim adət hələ də ən yaxşı hifz üslubu sayılır.  

Liviyanın Misratə şəhərinin Sidra körfəzinin qərb sahilində yerləşən “Əbrar Quran Hifzi Mərkəzi” bu ölkədə taxta lövhələr ilə Quran hifzi metodundan istifadə edən mərkəzlərdən biridir. Bu mərkəzdə Quranı öyrənənlərə taxta lövhələr ilə tədirs edilir.

Məhəmməd Sashu və digər Quran hifzi ustadları deyirlər ki, Quranı hifz etmək üçün istifadə edilən “taxta lövhə metodu” ata-babalarımızdan qalmış ən yaxşı metoddur, indiyədək müsbət nəticələr vermiş və şagirdlər üçün daha uğurlu yoldur.

Bu Quran hifzi lövhələri Zeytun ağacından hazırlanır. Belə ki, şagirdlər hifz etdikləri ayələri mürəkkəb ilə taxta lövhələrin üzərinə yazırlar. Yazdıqdan sonra lövhədəki ayələri uca səslə tilavət edirlər.

http://iqna.ir/fa/news/3700344

Teqlər: iqna ، liviya ، taxta lövhə ، quran hifzi
captcha