IQNA

Qurana 23 il təmənnasız xidmət edən qoca

12:58 - June 17, 2018
Xəbər sayı: 3483331
Hacı Ömər Bulkəfuf Əlcəzayirin Batnə şəhərində yaşayır. Hazırda onun 86 yaşı vardır. O, 23 ildir ki, öz mənzilində müqəddəs kitabımızın qədim və köhnəlmiş nüsxələrini təmənnasız bərpa və təmir edir.

Qurana 23 il təmənnasız xidmət edən qocaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hacı Ömər Bulkəfuf Əlcəzayirin Batnə şəhərində yaşayır. Hazırda onun 86 yaşı vardır. O, 23 ildir ki, öz mənzilində müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin qədim və köhnəlmiş nüsxələrini təmənnasız bərpa edir, cild çəkir və üzləyir.

O, əvvəlcə yaşadığın şəhərin "əl-Vilayət" çapxanasında işləyib, 1995-i ildə təqaüdə çıxdıqdan sonra isə öz evində köhnəlmiş və qədim Müshəflərin bərpası və cildləməsi işi ilə məşğul olub. O, hər Cümə günü şəhərin bir məscidinə gedir və həmin məscidin kitabxanasındakı qədim nüsxələri götürərək yenidən üzləyir və təmir edir.  

Bulkəfuf deyir: Mən təqaüdə çıxdıqdan sonra Batnə şəhərinin qədim Quran nüsxələrini şəhərin "Nur", "Rəhmət", "Ömər", "Təqva" və digər məscidlərindən topladım. Və təkcə Allahın razılığını qazanmaq hədəfi ilə bu Quran nüsxələrini təmir etdim və üzlədim.

Bukəfaf bu işdə o qədər məşhur olub ki, şəhərin məscid imamları və nəşriyyat müəssisələri qədim nüsxələri təmir və bərpa etmək üçün lazım olan xammalı ona pulsuz verirlər.

Hacı Ömər bu gözəl və müqəddəs peşə onun ölümü ilə ölməsin deyə hazırda bir qrup cavan şagirdlərinə də qədim nüsxələrin bərpası işini öyrədir və bunu özünə "cari sədəqə" hesab edir.

Əlbəttə Hacı Ömər təkcə məscidlərin deyil, həm də ona müraciət edən hər bir vətəndaşın qədim nüsxələri bərpa etməklə bağlı müraciətlərinə cavab verir və işlərini pulsuz həll edir.    

http://iqna.ir/fa/news/3723110

captcha