IQNA

İranlı incəsənətçilərin Yunanıstanda Quran sərgisi – Foto

19:52 - June 17, 2018
Xəbər sayı: 3483332
İran İslam Respublikasının incəsənət ustaları və mədəniyyət adamları Yunanda Qurani-Kərim mövzusunda sərgi düzənləyiblər.

İranlı incəsənətçilərin Yunanıstanda Quran sərgisi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   İran İslam Respublikasının incəsənət ustaları və mədəniyyət adamları Yunanda Qurani-Kərim mövzusunda sərgi düzənləyiblər. 

Bu Qurani-Kərim mövzusunda düzənlənən sərgidə iranlı incəsənət ustaları Müctəba Səbzənin və xanım Fatimə Keykavusinin Qurani-Kərim mövzusunda təhzib, nüsnxətt və digər nəfis əsərləri nümayiş olunub.

İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya şöbəsinin bu barədə verdiyi məlumata görə, bu sərgi İran İslam Respublikasının Yunanıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü, İslami əlaqələr və mədəniyyət təşkilatının Yunanıstanda iranlıların işi üzrə mədəni həmkarlıqlar idarəsi, Banaki milli muzeyi və Yunanıstanın milli kitabxanasının həmkarlığı ilə keçirilib.

İranlı incəsənət adamlarının Quran sərgisi Yunanıstanın paytaxtı Atenin 2018-ci ildə dünya kitab paytaxtı elan edilməsi ilə eyni vaxta təsadüf edib.

Banaki milli muzeyinin İslami bölməsində təşkil edilən sərgidə Quran mövzularını və Fars ədəbiyyatı və şerini ehtiva edən 38 incəsənət əsəri sərgilənib.

Sərgidə iki dövlətin mədəniyyət, incəsənət və elm adamları, İran İslam Respublikasının səfiri, Mədəniyyət Əlaqələri İdarəsinin məsulu, İran İslam Respublikasının milli kitabxanasının nümayəndələri və media fəalları iştirak ediblər.  

Sərgidə çıxış edən səfir Mütəllibi Şəbüstəri İslami hüsnxətt mövzusunda danışaraq deyib: Bu incəsənət peşəsindən Qurani-Kərim, hədis, dua və rəsmi əsərlərin yazılmasında min ildən çoxdur ki, müxtəlif İslami ölkələrdə istifadə edilir. Və İran bu incəsənət növünün yayılması və inkişafında müstəsna rola malikdir.

http://iqna.ir/fa/news/3723281

نمایشگاه قرآن هنرمندان ایرانی در یونان+عکس

نمایشگاه قرآن هنرمندان ایرانی در یونان+عکس

نمایشگاه قرآن هنرمندان ایرانی در یونان+عکس

نمایشگاه قرآن هنرمندان ایرانی در یونان+عکس

نمایشگاه قرآن هنرمندان ایرانی در یونان+عکس

Teqlər: iqna ، iran ، yunan ، kitabxana ، hüsnxətt ، quran
captcha