IQNA

Kvebekdə müsəlmanları qətliam edənə əbədi həbs

14:38 - June 20, 2018
Xəbər sayı: 3483350
Məscidə silahlı hücum edərək altı nəfər müsəlmanı öldürən 29 yaşlı "Alexandre Bissonnette" ömürünün qalan günlərini barmaqlıqlar arasında keçirməli olacaqdır.

Kvebekdə müsəlmanları qətliam edənə əbədi həbsİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2017-ci ilin əvvəllərində Kanadanın Kvebek şəhər məscidində hücum edərək müsəlmanları öldürən kanadalı islamofobu əbədi həbs cəzası gözləyir.

Məscidə silahlı hücum edərək altı nəfər müsəlmanı öldürən 29 yaşlı "Alexandre Bissonnette" ömürünün qalan günlərini barmaqlıqlar arasında keçirməli olacaqdır.

Alexandre Bissonnette 2017-ci ilin Yanvar ayının 29-da Kvebek şəhərində məscidə hücum edərək altı nəfər müsəlmanı güllə ilə öldürmüşdü.

Cari həftə keçirilən məhkəmədə dövlət ittihamçıları bu cinayətkarın 150 il həbsə məhkum edilməsini tələb ediblər. Kanada qanunlarına görə, bu cinayətkar öldürdüyü hər adam qarşılığında 25 il həbs cəzası çəkməlidir. Bunun isə mənası onun heç vaxt şərtli də olsa, əfv siyahısına düşməyəcəyi və ölüncə həbsdə qalacağı deməkdir.

Qatilin vəkilləri isə məhkəmədən onun 25 idlən sonra şərtli şəkildə azadlığa çıxa bilməsi üçün vəsatət qaldırıblar.

Kanada müsəlmanlarının milli şurası (NCCM) isə bəyaniyyə yayaraq, qatil barədə 150 il həbs hökmünün icra edilməsini tələb ediblər.

Ehsan Gardi (Kanada müsəlmanlarının milli şurası (NCCM)) bu bəyaniyyə barədəd dedi: Bu hökmün icarısı buna görə lazımdır ki, bu iş "islamofobiya" və hər növ zorakılıq və irqi və məzhəbi nifrətdən doğan hücum halları ilə mübarizədir. Bu hökmün icra edilməsi gələcəkdəki oxşar halların qarşısının alınması üçün zəruridir. Yerli media vasitələri də bu məsələni işıqlandırmaldırlar. Və dövlət də Yanvar ayının 29-u "islamofobiya ilə mübarizə" günü kimi təqvimə salmalıdır.    

http://iqna.ir/fa/news/3724094

captcha