IQNA

Şeyx Əli Salman məhkəmədə bəraət qazandı

17:44 - June 21, 2018
Xəbər sayı: 3483352
Bəhreynin əl-Vifaq cəmiyyətinin sədri, siyasi məhbus, həbs dövrünü başa vurmaqda olan Şeyx Əli Salman ona qarşı irəli sürülümüş casusluq ittihamından bəraət qazanıb.

Şeyx Əli Salman məhkəmədə bəraət qazandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin əl-Vifaq cəmiyyətinin sədri, siyasi məhbus, həbs dövrünü başa vurmaqda olan Şeyx Əli Salman ona qarşı irəli sürülümüş casusluq ittihamından bəraət qazanıb. 

Bu gün Şeyx Əli Salman və Vifaq cəmiyyətinin digər iki üzvi  Həsən Sultan və Əli Əl-Əsvəd Bəhreyn Ali Məhkməsində keçirilən prosesin yekununda Qətərə casusluq ittihamından bəraət alıblar. 
Bu o deməkdir ki, Şeyx Əli Salman  cari ilin dekabr ayında 4 il həbs müddətini başa vurduqdan sonra  sərbəst buraxılacaq. 
Qeyd edək ki, Şeyx Əli Salman 3 ildən çoxdur ki, həbsdədir. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.  Bəhreyn rejimi ötən ilin noyabrında  ona qarşı yeni ittiham irəli sürmüşdü. Ali Xəlifə rejimi Şeyxi Əli Salman haqqında casusluq maddəsi ilə yeni cinayət işi açmışdı.  Bu  Bəhreyn,  BƏƏ, Misir və Səudiyyə Ərəbistanın  Qətər ilə əməkdaşlıqdan imtina etməsindən sonra baş vermişdi.
captcha