Misrin Dimyat şəhərinin Quran mədrəsəsinin həftənin Şənbə günü keçirdiyi məzunluq mərasimində 205 nəfər qız və oğlana Qurani-Kərimin hafizliyi barədə şəhadətnamə verildi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Dimyat şəhərinin Quran mədrəsəsinin həftənin Şənbə günü keçirdiyi məzunluq mərasimində 205 nəfər qız və oğlana Qurani-Kərimin hafizliyi barədə şəhadətnamə verildi.
Dimyatın Qurani-Kərim mədrəsəsinin məzunları üçün buraxılış mərasimi "əl-birri vət-təqva" xeyriyyə təşkilatının təşəbbüsü ilə Dimyat şəhərinin "sosial birlik cəmiyyəti"nin ofisində keçirilib.
Bu mərasimdə 60 gün (iki ay) müddətində Qurani-Kərimi hifz edən Quran hafizlərinə şəhadətnamə verilib.
Mərasimdə Dimyatın meri iştirak edib və mədrəsəni fərqlənmə ilə bitirənlərə hədiyyələr verib.