IQNA

Özbəkistanda hər ayın birinci bazar günü "humanizm günü" kimi qeyd ediləcək

7:25 - November 12, 2018
Xəbər sayı: 3484157
Özbəkistandakı Din İşləri üzrə Komitə hər ayın birinci bazar gününü ölkədə humanizm günü kimi qeyd edəcək. Bu işə Noyabr ayının birinci bazar günü start verilərək gözəl əlillərə Quran hədiyyə edilib.

Özbəkistanda hər ayın birinci bazar günü İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "azərtac"a istinalda verdiyi xəbərə görə,  Özbəkistandakı Din İşləri üzrə Komitə hər ayın birinci bazar gününü ölkədə humanizm günü kimi qeyd edəcək.

Bu günlə bağlı komitə 250 nəfər gözdən əlilə Səudiyyə Ərəbistanında "bril" əlifbası ilə çap edilən “Qurani-Kərim” bağışlayıb.

Komitədən bildiriblər ki, bundan əlavə gözdən əlillər üçün müxtəlif ədəbiyyat, bril əlifbası ilə yazılan dini kitablar, audiokitablar buraxılması nəzərdə tutulur.

Digər kateqoriyadan olan məhdud imkanlı insanların internetdən istifadə edə bilməsi üçün də şərait yaradılacaq.

Məlumatda qeyd olunur ki, Özbəkistanda 23 min eşitmə və danışma problemi olan insan var. Ölkədə surdotərcüməçilərin sayı isə cəmi 50 nəfərdir. Gələcəkdə azı 300 belə tərcüməçi hazırlanması da nəzərdə tutulur, onlar məscidlərdə də fəaliyyət göstərəcək.

Bildirilir ki, bu sahədəki problemlərin qısa zamanda həlli üçün xüsusi plan da hazırlanıb.

http://iqna.ir/fa/news/3762961

 

Teqlər: iqna ، bril ، gözən əlil ، özbəkistan
captcha