IQNA

Nəzar Qətəri mövlud bayramında İsveçlilərin qonağıdır

10:13 - November 14, 2018
Xəbər sayı: 3484169
Rəbiul-Əvvəl ayının 17-si münasibəti ilə Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək mövlud şənliyi mərasimləri Noyabr ayının 24-də yerli vaxtla saat 19:00-da təşkil ediləcəkdir.

Nəzar Qətəri mövlud bayramında İsveçlilərin qonağıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, məşhur Əhli-Beyt (ə) məddahı Nəzar Qətəri Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək mövlud mərasimində İsveçlilərin qonağı olacaqdır.

Nəzar Qətəri İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) İslam Mərkəzində keçiriləcək mövlud şənliyi mərasimində iştirak edəcəkdir.

Rəbiul-Əvvəl ayının 17-si münasibəti ilə Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək mövlud şənliyi mərasimləri Noyabr ayının 24-də yerli vaxtla saat 19:00-da təşkil ediləcəkdir.

Mərasimdə ruhani və xətiblər çıxış edəcək, Quran qiaət ediləcək, şer oxunacaq, klip nümayiş olunacaq və Nəzar Qətəri məddahlıq edəcəkdir.

Mərasimdə iştirakçılar arasında dini-mədəni yarış keçiriləcək və qaliblərə hədiyyələr veriləcəkdir.     

http://iqna.ir/fa/news/3763850

Teqlər: iqna ، mövlud ، İsveç ، nəzar qətəri
captcha