IQNA

İslam dünyası və Avropa arasında əlaqələr mövzüsunda sərgi keçirilir

13:29 - November 15, 2018
Xəbər sayı: 3484177
İslam dünyasının Avropa ilə əlaqələrini Şarja şəhər İslami Sivilizasiya Muzeyinin sərgisində nümayiş etdirəcək  bu sərgi gələn ilin (2019) Aprel ayının 27-dək davam edəcəkdir. 

İslam dünyası və Avropa arasında əlaqələr mövzüsunda sərgi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Şarja şəhərində  “İslam dünyası və Avropa əlaqələri” mövzusunda  sərgi bu gün, həftənin 4-cü günü, 15 Noyabr 2018-ci il, öz işinə başlayıb. 

İslam dünyasının Avropa ilə əlaqələrini Şarja şəhər İslami Sivilizasiya Muzeyinin sərgisində nümayiş etdirəcək  bu sərgi gələn ilin (2019) Aprel ayının 27-dək davam edəcəkdir. 

Sərgi BƏƏ-nin Şarcə şəhərinin İslam Mədəniyyəti Muzeyinin təsisinin 10-cu il dönümü münasibəti ilə təşkil edilmişdir.   

Sərgidə İslam sivilizasiyası və Avropa,  İslam tarixinin əsasları, İslamın  digər cəmiyyətlərə təsiri və  Avropada modern cəmiyyətin formalaşmasında İslamın  rolu kimi mövzulara dair əsərlər nümayiş olunacaq. 

Sərginin keçirilməsində Almaniyanın Berlin şəhərinin İslami İncəsənət Muzeyi həmkarlıq edir.

http://iqna.ir/fa/news/3763881

 

 

captcha