IQNA

ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - Siyahı

10:15 - November 16, 2018
Xəbər sayı: 3484178
ABŞ-ın 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin partladılmasından sonra “terrorizmlə mübarizə” adı altında başlatdığı əməliyyatlarda 480-507 min arası insan öldürülüb.
ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - SiyahıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin partladılmasından sonra “terrorizmlə mübarizə” adı altında başlatdığı əməliyyatlarda 480-507 min arası insan öldürülüb.
Bu barədə ABŞ-ın Braun Universitetinin nəzdindəki Uotson İntutunun araşdırmasında qeyd olunub.
Məlumata görə, ən çox ölüm hadisələri Əfqanıstan, İraq və Pakistanda qeydə alınıb. Amerikanın itkilərinin isə İraq və Əfqanıstanda 7 min əsgər olduğu bildirilir.
Silahsız vətəndaşların öldürülməsi ilə bağlı rəqəmlər aşağıdakı kimidir:
- İraqda 204 min 575 nəfər
- Əfqanıstanda 38 min 480 nəfər
- Pakistanda 23 min 372 nəfər
Araşdırmanı qələmə alan Nera Krauford ölü sayının daha çox ola biləcəyini də istisna etməyib. Müharibələr zamanı xəstəliklərdən ölənlər isə siyahıya daxil edilməyib.
ABŞ-ın bu əməliyyatlara ümumilikdə 6 trilyon dollar yaxın maliyyə sərft etdiyi də vurğulanıb.
Teqlər: iqna ، abş ، terror
captcha