IQNA

Misrli Quran xadimi yarım əsrdə 1500 Quran hafizi yetişdirib

9:43 - November 17, 2018
Xəbər sayı: 3484184
Misrli Qurani-Kərim xidmətçisi (Xadimul-Quran) Şeyx Af Sultan Məhəmmədin Qurani-Kərim fəaliyyətləri üçün təsis etdiyi təşkilatda yarım əsrdə 1500 Quran hafizi məzun olub.

Misrli Quran xadimi yarım əsrdə 1500 Quran hafizi yetişdiribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli Qurani-Kərim xidmətçisi (Xadimul-Quran) Şeyx Af Sultan Məhəmmədin Qurani-Kərim fəaliyyətləri üçün təsis etdiyi təşkilatda yarım əsrdə 1500 Quran hafizi məzun olub.

Şeyx Af Sultan Məhəmmədin hazirda 85 yaşı vardır. O, Misrin Üsyut əyaltinin Mənəflut şəhərinin Cəhdum kəndində yaşayır.

O, 50 il öncə, 1966-cı ildə Qurani-Kərimin təlimi və Vəhy kəlamının yayılması üçün "Quranın qorunması və cəmiyyətin inkişafı" təşkilatını yaratmış və dostu Şeyx Hamid Seyid Xəlifə ilə bu təşkilatı idarə etmişdir.

O zaman 20 kv.metr sahə ilə işə başlayan bu müəssisə hazırda 8 min kv.metr sahəyə malikdir. Hazırda böyük bir təlim mərkəzinə çevirilmiş təşkilatda 150 qız və oğlan Quran hifzini öyrənirlər.

Quran hifzi təlim mərkəzinin müxtəlif İslami elmləri ehtiva edən 10 min cild kitab malik kitabxanasaı vardır.

Quran təlimi mərkəzinin 5 daimi işçisi və 50 nəfər könüllü üzvi vardır. Onlar müxtəlif ictimai işlərdə də xeyriyyə məqsədi ilə iştirak edirlər.

http://iqna.ir/fa/news/3763426

خادم‌القرآن مصری وتربیت 1500 حافظ کل قرآن در نیم قرن

نگاهی به جمعیت محافظت از قرآن کریم در روستای جحدم مصر

خادم‌القرآن مصری وتربیت 1500 حافظ کل قرآن در نیم قرن

Teqlər: iqna ، quran ، hədis
captcha