IQNA

Beyrutda "Bəhreyndə 8 il repressiya" beynəlxalq toplantısı

0:17 - January 12, 2019
Xəbər sayı: 3484510
Livanın paytaxtı Beyrut şəhəri "Beynəlxalq cəmiyyətlərin sükutu sayəsində Bəhreyndə 8 il repressiya" adlı beynəlxalq toplantıya evsahibliyi edəcək.

Beyrutda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhəri "Beynəlxalq cəmiyyətlərin sükutu sayəsində Bəhreyndə 8 il repressiya" adlı beynəlxalq toplantıya evsahibliyi edəcək.
Bu toplandı gələn həftənin üçüncü günü, 16 Yanvar 2019-cu il, Bəhreynin tolerantlıq və dialoq mərkəzinin təşəbbüsü və Bəhreyn İnsan Haqları Mərkəzinin həmkarlığı ilə Livanın paytaxtı Beyrut şəhərinin "Ramada Plaza" hotelində keçiriləcək.
Toplantıda Bəhreyn hakimiyyətinin 2011-ci ildən ölkədə başlatdığı zorakılıq və repressiya siyasəti, söz azadlığını boğması, mədəni cəmiyyətə zor tətbiq etməsi, qanunsuz həbslər, edam hökmləri və siyasi təşkilatların ləğvi kimi məsələlər müzakirə ediləcək.  
Bəhreynin tolerantlıq və dialoq mərkəzi Bəhreynin acınacaqlı siyasi durumunu və ölkədə insan haqlarının tapdanılmasını müzakirə edəcək bu beynəlxalq toplantının kütləvi informasiya vasitələri ilə işıqlandırılmağını istəyib.
http://iqna.ir/fa/news/3780267

 

captcha