IQNA

İsrail əsgərlərinin yaraladığı fələstinli uşaq şəhid oldu

1:01 - January 15, 2019
Xəbər sayı: 3484527
Qəzza zolağı sərhədində Cümə gün, Yanvar ayının 11-də keçirilən dinc xarakterli "Böyük Qayıdış Yürüşü" aksiyalarında İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan fələstinli uşaq həyatını itirib.

İsrail əsgərlərinin yaraladığı fələstinli uşaq şəhid olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, blokada altındakı Qəzza zolağı sərhədində cümə gün 11 yanvarda keçirilən dinc xarakterli "Böyük Qayıdış Yürüşü" aksiyalarında İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan fələstinli uşaq dünən, 14 Yanvar 2019-cu il, həyatını itirib.

Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi mətbuat katibi Əşrəf əl-Kudra yazılı açıqlama verib.

Açıqlamada İsrail əsgərlərinin cümə günü Qəzza zolağının şimal-qərb bölgəsindəki Cibaliyədə keçirilən aksiyalarda atəş açması nəticəsində yaralanan 14 yaşlı fələstinli Abdurrauf İsmayıl Məhəmməd Salehənin şəhid olduğu bildirilib.

Xastırladaq ki, fələstinlilər 30 Martdan bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir. İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən bu yana Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə atəş açır.

İsrail əsgərlərinin 30 martdan bu yana davam edən dinc aksiyalara müdaxiləsində 225-dən artıq fələstinli həlak olub. Həmin dövrdə İsrailin Qəzzaya təşkil etdiyi hava hücumu və tank atışlarında da azı 14 fələstinli həyatını itirib. 

http://iqna.ir/fa/news/3781177

captcha