IQNA

Türkiyə ruhingiyalı qaçqınlar üçün 1600 sığınaqcaq və 2 məscid tikib

1:20 - January 15, 2019
Xəbər sayı: 3484529
"Deniz Feneri" xeyriyyə cəmiyyəti indiyədək Myanmanın Raxin əyalətindən didərgin düşərək Banqladeşin Kakasbazar rayonunda məskunlamış müsəlman qaçqınlar üçün 1600 sığınacaq və 2 məscid tikmişdir.

Türkiyə ruhingiyalı qaçqınlar üçün 1600 sığınaqcaq və 2 məscid tikibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin "Deniz Feneri" xeyriyyə cəmiyyəti indiyədək Myanmanın Raxin (Ruhingiya, Arakam) əyalətindən didərgin düşərək Banqladeşin Kakasbazar rayonunda məskunlamış müsəlman qaçqınlar üçün 1600 sığınacaq və 2 məscid tikmişdir.

Türkiyənin "Deniz Feneri" xeyriyyə cəmiyyəti rəisi Həmid Kunt bu barədə məlumat verərək bildirib ki, məscid və sığınacaqdan əlavə xeyriyyəçilərin köməyi ilə 2 su quyusu da qazmışıq.  

Həmid Kunt deyib ki, Türkiyənin "Deniz Feneri" xeyriyyə cəmiyyəti Ruhingiyalı müsəlmanların Myanmalı buddislətrin zülmündən qaçdığı gündən onların yanındadır.

Qeyd edək ki, keçən ilin Avqust ayının 25-dən Myanma qoşunları və radikal buddistlər ruhingiyalı müsəlmanlara divan tutmağa başladılar. Ordu və buddistlərin hücumları nəticəsində 200 kənd dağıldı, evlərə od vuruldu və minlərlə insan qaçqın düşdü.

Beynəlxalq ictimaiyyətlər, BMT (Birləşmiş Millətlər Təşkilatı), İnsan Haqları Təşkilatı və digər hüquq müdafiəçələri Myanmada baş verənləri soyqırımı və etnik təmizləmə adlandırıblar.  

http://iqna.ir/fa/news/3781230  

captcha