IQNA

PRESS TV-nin jurnalisti ABŞ-da həbs edilib

11:20 - January 17, 2019
Xəbər sayı: 3484539
PRESS TV peyk kanalı bu kanalın müsəlman müxbiri və aparıcısı Mərziyyə Haşiminin ailəsini ziyarət etmək üçün getdiyi Amerikada həbs edilərək həbsxanaya atdığını məlumat verib.

PRESS TV-nin jurnalisti ABŞ-da həbs edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Press TV kanalı bu kanalın müsəlman müxbiri və aparıcısı Mərziyyə Haşimi ailəsini ziyarət etmək üçün getdiyi Amerikada həbs edərək həbsə atıldığını bildirib.

ABŞ-ın insan haqları pozuntuları bitmək bilmir. Ən son Press TV-nin diktorlarından xanım Mərziyyə Haşiminin ABŞ-da heç bir günahı olmadığı halda həbs olunduğu bildirilib.
Press TV-nin xəbərinə görə, kanalın müxbiri və aparıcılarından biri olan xanım Haşimi paytaxt Vaşinqton şəhərində həbsxanalardan birində çox əlverişsiz şərtlər altında saxlanılır.
Xanım Haşimi heç bir konkret cinayətdə ittiham edilmədən həbsdə saxlanılır. Xanım Haşimi ailəsi ilə qura bildiyi yeganə əlaqə zamanı nəzarətçilərin əlini qolunu zəncirlədiklərini və ona donuz ətindən hazırlanan yeməkləri yedirtməyə çalışdıqlarını, lakin özünün yeməkləri yeməyi rədd etdiyini və bu səbəbdən ondan da məhrum edildiyini bildirib.

Qeyd edək ki, Mərziyyə Haşiminin əsl adı Milani Fraklindir. O, amerikalı aparıcı və sənədli film rejissorudur. Amerikanın Klarado əyalətində yaşayıb və informasiya üzrə universitet məzunudur. Cavanlığında İmam Xomeyninin (r.ə) şəxsiyyətindən təsirlənərək müsəlman olub və İrana mühacirət edib. 

http://iqna.ir/fa/news/3781699

Teqlər: iqna ، abş ، Press tv
captcha