IQNA

Azərbaycanda "İntizar" yarışının elmi şurası toplantı keçirdi

23:07 - April 20, 2019
Xəbər sayı: 3485016
Azərbaycan respublikasının paytaxtı Bakıda İran İslam Respublikasından olan şer və qəzəl ustadlarının və hakimlərin heyətinin iştirakı ilə "İntizar" şer yarışının elmi şurasının toplantısı keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan respublikasının paytaxtı Bakıda İran İslam Respublikasından olan şer və qəzəl ustadlarının və hakimlərin heyətinin iştirakı ilə "İntizar" şer yarışının elmi şurasının toplantısı keçirildi.

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçirilən toplantıda Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) şənində yazılmış əllidən çox şer, qəzəl, qəsidə və mədhiyyə yoxlanılıb.  

Toplantıda İran İslam Respublikasının şer, qəzəl və ədəbiyyat ustadları və hakimlər heyəti yarışın keçirilməsi komitəsinə göndərilən əsərlər arasında qəzəl formatında yazılan 10 əsəri ən yaxşı əsər kimi dəyərləndiriblər.

Bakının "İntizar şeri" yarışı həftənin birinci günü (22 Aprel 2019) keçiriləcək və yarışın sonunda seçilmiş əsərlər mükafatlandırılacaq.

Qeyd edək ki, bu yarışların hakimlər heyətində İran İslam Respublikasının ədəbiyyat ustadları Əskər Şahi, Qulamrza Hadi, Əsəd Nikfal, Kazim Nəzəri, Baqi, Tövhid Dilavər və Azərbaycandan Tərlan Quliyev, Şahin Fazil və Gülbala Fənayi iştirak edirlər.

http://iqna.ir/fa/news/3805230

captcha