IQNA

Ayətullah Xamenei:

İran milləti "şəcəreyi-təyyibə"dir, ABŞ qələt edir ki, onu təhdid edir!

16:41 - November 25, 2018
Xəbər sayı: 3484236
İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei cənabları vəhdəti, yekdilliyi və söz birliyini İslamın fitnələr üzərində yeganə qələbə yolu adlandırıblar.

İran milləti İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda 32-ci beynəlxalq İslami Vəhdət Konfransında iştirak edən qonaqlar, İran İslam Cümhuriyyətinin vəzifəli şəxsləri və cəmiyyətin müxtəlif təbəqələrindən olan konfrans iştirakçıları İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları ilə görüşüblər.

Ayətullah Xamenei İran xalqını, İslam ümmətini və dünyanın bütün azad insanlarını bu mübarək bayram münasibəti ilə təbrik etdikdən sonra dedi: “İslamın əzəmətli peyğəmbəri bütün bəşəriyyət üçün ilahi rəhmət olmuşdur. Ona itaət etmək xalqları güc subyektlərinin zülm və hegemoniyasından, sinfi ayrıseçkilikdən, qəddar aristokratiyalardan, digər işgəncə və əsarətlərdən xilas edəcək”.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei cənabları bu gün, həftənin bazar günü, 25 Noyabr 2018-ci il, İran İslam Respublikası quruluşunun məsul şəxslərindən bir qrupu, islami ölkələrin səfirləri, 32-ci Beynəlxalq İslami Vəhdət Konfransının qonaqları və xalqın müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə ziyalılara və din alimlərinə xitabən vurğulayıblar: Bacardığınız qədər regionda müqavimət və islami oyanış hərəkətini gücləndirin, zira regionun yeganə nicat yolu, bu təfəkkür və əhval-ruhiyyənin genişlənməsidir.

Görüş iştirakçıları təbrik edən Ayətullah Xamenei çıxışı zamanı İslam dünyasını vəhdətə çağırıb, tağut və imperialist qüvvələrin vilayətinə sığınmış müsəlman dövlət rəhbərlərini Allahın vilayətinə itaət etməyə çağırıb.

Həzrət Ayətullah Üzma Xamenei qüdrətlərin müsəlman xalqların oyanışından qorxmalarına işarə edərək, deyiblər: İslamın insanların qəlbləri və ruhlarına hakim kəsildiyi hər yerdə dünyanın zalım qüvvələri şillə alıb və bir daha bu regionda şillə alacaqdır.

O həzrət həmçinin İslam və Qurana tabe olmaq əvəzinə, Amerikanın dalınca düşən bəzi region ölkələrinə işarə edərək, belə qeyd ediblər: Amerika öz imperialist təbiətinə görə, bu ölkələri təhqir edir və hamının gördüyü kimi Amerikanın boşboğaz prezidenti səud hökmranlarını "südlük inəy"ə bənzətdi.

İslam İnqilabının Böyük Rəhbəri bu kimi təhqirləri Ərəbistan xalqına və regionun müsəlman xalqlarına qarşı hörmətsizlik adlandırıb və belə əlavə ediblər: Bəzi islami ölkələrin hökmranları Fələstin və Yəməndəki iki cinayətkar hərəkətdə Amerikaya qoşuldular, amma mütləq qələbə, Fələstin xalqı və Yəmən xalqı ilə olacaq və Amerika və onun dalınca düşənlər  bu məsələlərdə məğlubiyyətə uğrayacaqlar.

Həzrət Ayətullahuluzma Xamenei Amerika və sionist rejimin regiondakı qüdrətlərini əvvəlkindən çox zəif adlandırıb və belə deyiblər: Sionist rejim bir neçə il bundan öncə 33 gündən sonra Livan Hizbullahı qarşısında məğlub oldu, iki il sonra fələstinlilər qarşısında təkcə 22 gün davam gətirdi ki, bu müddət sonrakı Qəzzə müharibəsində 8 günə çevrildi və ötən həftə Fələstin müqaviməti qarşısında iki gündən sonra məğlubiyyətə uğradı ki, bütün bu hallar sionist rejimin günbəgün artan zəifliyinin nişanəsidir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin bütün çətinliklərə və təzyiqlərə rəğmən, İran xalqının 40 il müqavimət göstərməsinə işarə edərək, vurğulayıblar: Amerika və sionist rejim qələt eləyirlər, İran xalqını təhdid edirlər.

http://iqna.ir/fa/news/3766793

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
captcha