IQNA

Müştərək İslami bazarın yaradılması müsəlmanların vəhdətində təsir qoyacaqdır

8:28 - November 26, 2018
Xəbər sayı: 3484242
İslam dünyasının pul vahidinin yaradılması indiki halda ancaq şüar ola bilər. Amma inanıram ki, müsəlman cəmiyyətləri siyasi və mədəni əlaqələrin kənarında möhkəm iqtisadi əlaqələr də yarada bilərlər.

Müştərək İslami bazarın yaradılması müsəlmanların vəhdətində təsir qoyacaqdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının "Ali Dini Rəhbərin Seçilməsi Məclisi"nin (XÜBRƏQAN) üzvi Ayətullah Hüseyni Əşkuri Tehranda keçirilən 32-ci beynəlxalq İslami vəhdət konfransının çərçivəsində İQNA ilə müsahibəsində müştərək İslami bazarın müsəlman cəmiyyətləri arasında vəhdətin yaranmasındakı ifa etdiyi rola işarə edərək dedi: Bu addım çox yaxşıdır, amma şüar həddində olmamalıdır. Məsələn, İslam dünyasının vahid pul vahidinin yaradılması indiki dövrdə ancaq şüar ola bilər. Amma inanıram ki, müsəlman cəmiyyətləri siyasi və mədəni əlaqələrin kənarında möhkəm iqtisadi əlaqələr də yarada bilərlər.

İslami vəhdət konfransının mühüm nəticələrindən danışan Ayətullah Əşkuri vurğuladı: Bu konfrnasın son üç on illikdə mühüm təsirləri və nəticələri olmuşdur. Düşmənlərin müsəlmanlar arasında fitnə yaratmaq və müsəlmanları parçalamaq hiylələrinin qarşısını almaqda və müsəlmanların birliyini təmin etməkdə təsirli olmuşdur.

O əlavə etdi: Düşmən milyardlar dollar xərcləyir ki, müsəlmanların birliyinə zərbə vursun. Amma bu cür toplantılar onların şeytani zəhmətlərinin nəticəsini puç edir. Digər tərəfdən də müsəlmanların müxtəlif təbəqələrindən olan insanlar bir-biri ilə yaxından tanış olurlar. Bu da şərait yaradır ki, onların arasında vəhdət və birlik toxumları çiçəklənsin.

İran İslam Respublikasının "Ali Dini Rəhbərin Seçilməsi Məclisi"nin (XÜBRƏQAN) üzvi Ayətullah Hüseyni Əşkuri İslam dünyasında vəhdətin həyata keçirilməsi üçün həll yollarından danışaraq bəyan etdi: Biz gərək ixtilaflı məsələlərin yerinə müştərək məsələlər və dəyərlər üzərində fokuslanaq. Agah və oyaq olaq, düşmənin də istədiyi ixtilafları qabartmayaq. Həmçinin bizim etiqadi məsələlərimizdə ciddi təsiri olmayan ixtilaflı mövzuları İslamı, milli və dini vəhdəti qorumaq üçün diqqət mərkəzinə çəkməyək.

O vurğuladı: İslam dünyasının bu gün əsas problemlərindən biri də həqiqi düşmənini və düşmənin həyata keçirmək istədiyi hədəflərini tanımaması və düşmənin hiylələri qarşısında oyaq olmamsıdır. Yoxsa, müxtəlif məzhəblərdən olan müsəlmanlar uzun illər bir-birinin kənarında qardaşcasına yaşamışlar. Elə indi də müsəlmanların əksəriyyəti bir-biri ilə sülh içində, vəhdəti qoruyaraq və qardaşcasına yaşayırlar. Bundan əlavə müsəlmanlar tarixi boyu təkcə digər məzhəblər deyil, həm də digər dinlərdən olanlarla da dostcasına və birgə yaşayıblar. Amma bu gün düşmənlərin şeytani proqramları fintə və ixtilaf yaradıbdır. Buna görə də bacardığımız qədər düşmənin hiylələrini və şeytani fikirlərini öncədən görməli və qarşısını almalıyıq və camaatı bu barədə maarifləndirməliyik.            

http://iqna.ir/fa/news/3766867

captcha