IQNA

Bərzəx aləmi Qiyamətədək gediləsi çətin bir yoldur

3:05 - June 28, 2020
Xəbər sayı: 3487493
Tehran (IQNA) -  Quran ayələrinə görə, İslam dininin əsas məsələlərindən biri olan "Bərzəx" aləmi və ruhların axirət bədəni ilə burada yaşaması doğru bir inancdır.

Bərzəx dünya ilə Qiyamət arasındakı fasilədir. İnsan bu fasiləni qəbir evində yaşayır və burada dünyadan axirətə keçid üçün hazırlaşır.

Şərqi Azərbaycanın Bəxşayiş şəhərinin Cümə imamı Höccətul-İslam vəl-müslimin ƏbdülĞəffar Ğəffari İQNA ilə müsahibəsində "Bərzəx aləmi" barədə danışaraq deyib:

Quran ayələrinə görə, İslam dininin əsas məsələlərindən biri olan "Bərzəx" aləmi və ruhların axirət bədəni ilə burada yaşaması doğru bir inancdır.

Quran və hədislərə əsasən insan öz əməllərinin nəticəsini Bərzəxdə görəcək. Başqa sözlə desək hər bir insanın dünyadakı əməlləri onun "bərzəxi"ni, yəni qəbirdən Qiyamətədək yolüstü müvəqqəti dayanacaqlarını yaradır. Əgər dünyada yaxşı işlər görsək Bərzəx aləmində rahat və xoşbəxt yaşayacayıq.

Allah-Taala Qurani-Kərimin Nuh surəsinin 25-ci ayəsində buyurur:  

«مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا»

"O tayfa çox küfr və günah etdikləri üçün sonda dənizdə boğuldular və cəhənnəm oduna düşdülər. Onlar orada Allahdan başqa heç bir kömək tapa bilməyəcəklər".

Qəbrin ilk gecəsi kamil insandan küfr və ya imandan soruşulacaq və onlar sürətlə Bərzəxi ötüb keçəcək və axirət dünyasına girəcəklər. Orta imanlı insanlar isə Bərzəxdə qalacaqlar.

İmam Cəfər Sadiq (ə) buyurur: "Cəhənnəmin qaynar suyu qəbir və bərzəx aləmində də dini təkzib edənlərə veriləcək. Amma cəhənnəm odunda yanmaları Qiyamət gününə saxlanılacaq".

Bərzəx aləmi insanın ölümdən sonra dünyəvi həyatının davamıdır. Baxmayaraq ki, dünyəvi aləmin bəzi xüsusiyyətləri, o cümlədən ixtiyarlı şəkildə inkişaf və yeni mənəvi məqamlar qazanmaq Bərzəx aləmində keçərli deyil.  /3907025

  

 

captcha