IQNA

Tbilisi Əhli-beyt(ə) məscidində Qüds mərasimi keçirilib

9:43 - May 08, 2021
Xəbər sayı: 3489770
Bu gün Əhli-beyt(ə) məscidində Ramazan ayının axır Cüməsində “Qüds günü” ilə bağlı tədbir keçirilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Oxuinfo.com-a istinadla xəbər verir ki, Cümə namazından sonra məscidin axundu Hacı Rahid müsəlmanları Qüds məsələsinə münasibət bildirməkdə məsuliyyətli davranmağa dəvət edib.

O Fələstin torpaqlarını qəsb edilməsindən danışıb və ilk qibləmiz olan Beytul-Müqəddəsi necə mənimsəmələrinə işarə edib.

Məclisin davamında kürsüyə dəvət olunan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Fələstinin və Qüds torpağı haqda hələ də dünyanın beynəlxalq mötəbər təşkilatları və böyük ölkələr tərəfindən layiqli mövqe sərgilənmədiyini bildirib.

O qeyd edibdir ki, 80 ilə yaxın davam edən münaqişənin həlli yönündə ədalətli qərar verilməli, qərəzsiz və tərəfsiz konsepsiya irəli sürülməlidir. İkili standart yürütmələrlə heç zaman Yaxın Şərqdə sülhün hakim olmasına nail olmaq olmaz.

Qüdsün simasında torpağı qəsb olunmuş ölkələrə işarə edərək, onların və işğala məruz qalan ölkəmizin də tezliklə öz ərazi bütövlüyünü əldə etmələrini Allahdan diləyib. Sonda Qardabani şəhərinin dəyərli ruhanilərindən olan Kərbəlayi Namiq Fələstin xalqına qarşı törədilən cinayətlər və müxtəlif bölgələrində baş verən kütləvi qırğınlar haqda məlumat verərək insanlığa qarşı cinayətləri sərt şəkildə məhkum edib. Tədbir dua oxunmaqla sona çatıb.

captcha