Türkiyə İsrailin Qəzza sektoruna zərbələrini qəti şəkildə pisləyir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
“Ankara Qəzza sektoruna endirilmiş və çox sayda heç bir günahı olmayan insanların ölümünə səbəb olmuş zərbələri qəti şəkildə pisləyir. Bütün dünyasını dəyişənlərin ailələri başsağlığı verir və yaralılara təcili şəfa diləyirik”, – deyə bildirilib.
Qeyd edilib ki, İsrail müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında da öz zorakılıqlarından əl çəkmir.
“Buna görə də Fələstin torpaqlarındakı eskalasiyaya görə məhz İsrail birbaşa məsuliyyət daşıyır”, – deyə əlavə edib.
Bildirilib ki, İsrail dərk etməlidir ki, zorakılığa əl atsa da, Fələstin xalqının qanuni hüquq və tələblərini boğa bilməyəcək.