İsrailin Qəzzaya həyata keçirdiyi hücumlarda dünyasını dəyişənlərin sayı hər gün artır.
Hücumlar zamanı dünyasını dəyişənlərin sayı 119, yaralıların sayı 620 olub.
Fələstin Səhiyyə Nazirliyi dünyasını dəyişən uşaqların sayının 28 olduğunu bildirib.
Həmçinin xəstəxanada ağır yaralıların olduğundan, ölüm sayının hər an artacağı gözlənilir.
Qeyd edək ki, İsrail Qüdsdə məscidlərə hücumundan sonra Qəzzaya hava zərbələri həyata keçirmiş, bundan sonra Fələstin təşkilatları cavab zərbələri endirməyə başlamışlar. Hazırda döyüşlər davam edir. /Şəfəqna