"İQNA", "Əl-Bəvabə"-yə istinadən xəbər verir ki, Misirin Demenhor Universitetində keçirilən "Qurani-Kərimin mənalarının tərcüməsi; Metodoloji Tədqiqatlar" dördüncü Beynəlxalq Konfransı dünən axşam, mayın 13-də başa çatıb.
Konfransa Misirin ali təhsil naziri Xalid Əbdül-Qaffar rəhbərlik etmişdir. Bu konfrans həmçinin Əl-Bəhira valisi Hişam Əminə və Misirin elmi, İslam və dini qurumlarının digər rəsmilərinin iştirakı ilə keçirilib. Bu konfransda müxtəlif Ərəb və Avropa ölkələrindən tələbələr və tədqiqatçılar iştirak ediblər.
Konfransın fəaliyyətinin sonunda bir sıra təkliflər səslənmişdir: Onlardan ən mühümü Demanhor Universiteti tərəfindən "Qurani-Kərimin mənalarının tərcüməsinin metodoloji tədqiqatları" adlı elmi layihəyə start verilməsidir. İkincisi, ərəb dilinin Quran dili kimi xidmət etməsi üçün maarifləndirmə məqsədi daşıyan elektron portalın yaradılmasıdır. Üçüncüsü, Misir konfranslarını cari reallıqlar və real dialoqla əlaqələndirməkdir. Dördüncüsü, Qurani-Kərimin mənalarının ingilis dilinə tərcüməsi üzrə ixtisaslaşmış konfransın keçirilməsidir. Beşincisi, Nəbəvi hədislərin tərcüməsi ilə bağlı xüsusi konfransın keçirilməsidir.