Beynəlxalq Quran Xəbər Agenliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən,bu barədə suriyalı fələstinlilərin müdafiə komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir: "İŞİD terror qruplaşması ötən həftə ərzində Dəməşqin cənubunda yerləşən Yərmuk kampında 4 fələstinlini edam edib. Fəalların bildirdiyinə görə, İŞİD-in göstərişinə əsasən, bu qrupun nəzarəti altında olan bölgələrdə Fələstin bayrağını dalğalandırmaq qadağandır və bu işi icra edənlər edam olunacaqlar.”