Beynəlxalq Quran Xəbər Agentıiyi (İQNA) Maide.info-a istinadla xəbər verir ki, bunu İranın Vəqflər və Xeyriyyə işləri üzrə Təşkilatın Quran üzrə mərkəzin sədri Mustafa Hüseyni deyib.
M. Hüseyni deyib ki, İranda keçiriləcək 34-cü beynəlxalq Quran yarışlarında 80 ölkədən 400 xarici qonaq iştirak edəcək. Onlardan 283 nəfəri yarışma iştirakçısıdır.
M.Hüseyni bildirib ki, bu il keçiriləcək beynəlxalq Quran yarışında qadınlar, uşaqlar və gözdən əlillər üçün ayrıca yarışlar təşkil olunacaq.
O əlavə edib ki, kişilər arasında Quranın bütün surələrinin əzbərlənməsi və qiraət üzrə 114 iştirakçı var.
Qadınların Quran yarışmasında 23 ölkədən iştirakçılar İrana səfər edəcək.