IQNA

İŞİD qurbanlarının dəfn edildiyi kütləvi məzarlıqlar aşkar edildi

10:11 - May 29, 2017
Xəbər sayı: 3481704
Suriyada İŞİD terrorçularının qətlə yetirdiyi yüzlərlə günahsız insanın dəfn edildiyi kütləvi məzarlıqlar aşkar edilib.

İŞİD qurbanlarının dəfn edildiyi kütləvi məzarlıqlar aşkar edildi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın şimalında yerləşən Təbka şəhərinin yaxınlığında İŞİD terror təşkilatının yüzlərlə qurbanının dəfn edildiyi məzarlıq aşkar edilib.

Şahidlərin sözlərinə görə, İŞİD terrorçuları öz qurbanlarının başlarını kəsiblər. "İŞİD dəstələri Təbkanın işğalı zamanı yüzlərlə dinc sakinin kütləvi qətlini törədiblər.”, - deyə o qeyd edib. Şahidlər həmçinin bildirib ki, İŞİD terrorçuları Təbka şəhərinin hava limanının işğalı zamanı yüzlərlə suriyalı hərbçini qətlə yetiriblər.

"Suriya Demokratik Qüvvələri” (SDQ) adıçəkilən şəhəri may ayının ortası İŞİD terrorçularının işğalından azad ediblər.

captcha