IQNA

Ayətullah Üzma Xameneinin fikir mənzuməsinin təqdimatı:

Tehranın "Azadlıq Universiteti"ndə "Zəime Zul-Fünun" toplantısı keçiriləcək

8:31 - October 11, 2017
Xəbər sayı: 3482252
Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin fərdi, elmi, ictimai və siyasi həyat yolu, yaradıcılığı, şəxsiyyəti və fikir mənzuməsini aşılayan toplantı keçiriləcək.
Tehranın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Rəhbəri və dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin fərdi, elmi, ictimai və siyasi həyat yolu, yaradıcılığı, şəxsiyyəti və fikir mənzuməsini aşılayan toplantı keçiriləcək.

"Zəime Zül-Fünun" (Universal Rəhbər) devizi ilə keçiriləcək bu toplantıda Əliəkbər Vilayəti, Qulaməli Həddad Adil, Ayətullah Əliəkbər Rəşad, Əliəkbər Əhmədiyan və Höccətul-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənah iştirak və çıxış edəcəklər.

Bu toplandıta Höccətul-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənahın qələmə aldığı "Ayətullah Üzma Xameneinin fikir mənzuməsi" adlı kitabın da açılış mərasimi olacaqdır.

"Zəime Zül-Fünun" (Universal Rəhbər) toplantısı 2017-ci ilin Oktyabr ayının 16-da yerli vaxtla saat 15:00-dan 18:00-dək Tehranın "Azadlıq Universiteti"nin "Kitabxana və Sənədlər Mərkəzi"ndə keçiriləcəkdir.

http://www.iqna.ir/fa/news/3651437


Teqlər: iqna ، rəhbər ، zəim ، zül-fünun ، xamenei
captcha