IQNA

Macarıstanda məscidləri ziyarət turları populyardır + foto

0:52 - November 08, 2017
Xəbər sayı: 3482357
Macarıstanın paytaxtı Budapeştdə müsəlman mərkəzlərini və məscidləri piyada ziyarət turları müsəlmanlarla tanışlıq və islamofobiya ilə mübarizə üçün həll yolu olaraq hər gün daha da populyarlaşır.

İQNA-nın (Beynəxlalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Macarıstanın paytaxtı Budapeştdə müsəlman mərkəzlərini və məscidləri piyada ziyarət turları müsəlmanlarla tanışlıq və islamofobiya ilə mübarizə üçün həll yolu olaraq hər gün daha da populyarlaşır.

Məsələnin maraq doğuran tərəfi isə budur ki, bu populyarlıq elə bir zamanda baş verir ki, Macarıstan dövləti miqrantlar əleyhinə kampaniya başlayıb.

Budapeştdə müsəlmanların milli və dini mərkəzlərini, mədəni və tarixi abidələrini ziyarət üçün otuz dəfə piyada turları təşkil edən Anna Lenard ("Setamuhely" turizm şirkətinin müdiri) bu barədə dedi: Bizim turizm şirkətində İslami turlar ən populyar və sevimli turlardır.

Anna Lenard əlavə etdi: Müsəlmanların milli, dini, mədəni və tarixi mərkəzlərini ziyarət turlarını üç il öncədən başlamışıq. İlk günlərdə az insanlar bu turalara qoşulurdular. Amma macarların müsəlmanlar ilə yaxın tanışlığı olmamasının və müsəlmanlar barədə düşmən mediaların əsk-təbliğatının nəticəsində onlarda müsəlmanlar barədə yanlış təsəvvürlər və qorxu yaranmışdır. Buna görə də macarlar hazırda İslami turlara daha önəm verir və istəyirlər ki, bu vasitə ilə müsəlmanlar haqqında daha dəqiq məlumatlar və informasiya əldə etsinlər.

Qeyd edək ki, bir neçə il öncənin hesabatına görə Macarıstanda 40 min nəfər müsəlman yaşayır. 2015-ci ildə müsəlman miqrantların və tələbələrin bu ölkəyə səfərlərinin çoxaldığını nəzərə alsaq, bu rəqəm son illərdə gözəçarpacaq dərəcədə artmış olmalıdır.

http://iqna.ir/fa/news/3660926










Teqlər: iqna ، macarıstan ، miqrant ، İslami tur
captcha