İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2014-cü ildə İraqda İŞİD tərəfindən oğurlanmış 39 nəfər hindistanlı işçinin cəsədi Mosuldakı kütləvi məzarlıqların birində aşkarlanıb.
Bu barədə bu gün, həftənin çərşənbəaxşamı günü, 20 Mart 2018-ci il, Hindistanın Xarici İşlər Naziri Suşma Savarac ölkə parlamentində məlumat verib.
Kütləvi qəbirdə tapılmış cəsədlərin oğurlanmış hindistanlılara aid olması genetik testlərdən sonra məlum olub.
Xatırladaq ki, 2014-cü ildə həmin hindistanlı işçilər Mosulda oğurlandıqdan sonra Hindistan dövlətin onların taleyindən məlumatsız olduğunu deyirdi.