IQNA

Müsəlmanların ABŞ-a girişi qadağasının əleyhinə etiraz aksiyaları

10:20 - April 27, 2018
Xəbər sayı: 3483083
ABŞ prezidenti Donald Trampın müsəlman miqrantların Amerikaya girişini qadağan etdən fərmanı onun ən mübahisəli addımlarından biridir və indiyədək bir çox əks-reaksiyalara səbəb olub.

Müsəlmanların ABŞ-a girişi qadağasının əleyhinə etiraz aksiyalarıIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, çox sayda Amerika vətəndaşı bu ölkənin Ali Məhkəməsinin qarşısında toplaşaraq ABŞ prezidenti Donald Trampın müsəlman miqrantların Amerikaya girişi qadağası barədə verdiyi fərmana etiraz aksiyası keçiriblər.

ABŞ prezidenti Donald Trampın müsəlman miqrantların Amerikaya girişini qadağan etdən fərmanı onun ən mübahisəli addımlarından biridir və indiyədək bir çox əks-reaksiyalara səbəb olub.

Etirazların çoxalmasının ardınca Amerikanın Ali Məhkəməsi həftənin üçüncü günü, 25 Aprel 2018-ci il, Donald Trampın müsəlman miqrantlar barədə üçüncü fərmanını yenidən müzakirəyə çıxarıb. Həmçinin eyni vaxtda Amerikada yaşayan müsəlman və qeyri-müsəlmanlar Ali Məhkəmənin qarşısına toplaşaraq prezidentin müsəlman ölkələrindən olan miqrantların Amerikaya girişini qadağan edən fərmanına etiraz ediblər.

ABŞ prezidenti Donald Tramp keçən ilin Sentyabr ayının 23-də fərman verdi ki, İran, Liviya, Suriya, Yəmən, Sumali, Çad və Şimali Koreya vətəndaşları və həmçinin Venezuelanın bəzi dövlət mərmurlarının Amerikaya girişinə qadağa qoyulsun.

O, miqrantlar barədə verdiyi bu üçüncü fərmanı ölkəsini terroristlərdən qorumaq üçün verdiyini iddia etdi və bunun zərurini olduğunu vurğuladı.

Amerikalı vətəndaşlar isə bu fərmanın beynəlxalq miqrasiya qanunlarının və ABŞ konsitutsiyasının ziddinə olduğunu deyirlər.

Qeyd edək ki, Amerikanın Ali Məhkəməsi ABŞ prezidentinin müsəlman miqrantlara aid fərmanı barədə qərarını cari ilin İyun ayının axırında elan edəcəkdir.

http://iqna.ir/fa/news/3709401

Teqlər: iqna ، abş ، amerika ، miqrant ، miqrasiya
captcha