IQNA

Gürcüstanda İmam Əlinin (ə) mövludu keçirildi - FOTO

18:03 - March 07, 2020
Xəbər sayı: 3486855
Tehran (IQNA) - Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Kaspi munisipalitetinin Çixiciri kəndində mərasim təşkil olunub.

 Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Kaspi munisipalitetinin Çixiciri kəndində mərasim təşkil olunub.

Mərasimdə şəhərin din, elm, ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Kərbəlayi Pərviz Abdullayev, Hacı Əli Nəqiyevin Quran tilavətindən sonra çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib.

O mərasim iştirakçılarını salamlayıb bayramlar münasibəti ilə təbrik etdikdən sonra danışan və eyni zamanda yaşayan canlı Quran olan Hz. Əlinin (ə) fəzilət və üstün şəxsiyyəti haqda danışıb. Birinci imamın həyatından tarixi sitatlar gətirərək əsl müsəlmanın O Həzrətin yaşayışını örnək alaraq yaşadığı təqdirdə düzgün islamı yaşamış olacağından danışıb.

Sonra çıxış üçün kürsüyə Gürcüstan Ruhanilər Heyətinin üzvü Kərbəlayi Fidovsi Qasımov və Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare və başqaları dəvət olunub.

Çıxış edən din alimləri Quran və mötəbər hədislərə əsaslanaraq İslam dünyasının nüfuzlu rəhbəri və alimi Hz. İmam Əlinin yüksək insani keyfiyyətləri, misilsiz örnək xüsusiyyətləri haqda mərasim iştirakçılarına geniş məlumat veriblər.

Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir, mədhiyyə və ilahilərlə davam edib. Sonda İmam Əli (ə) haqda sual-cavab yarışı olunub. Qaliblər mükafatlandırılıb. Bayram süfrəsi ətrafında keçirilən mərasim dua oxunmaqla sona çatıb.

IslamAzeri

 

captcha