IQNA

İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının iclası keçirilib

19:19 - June 29, 2021
Xəbər sayı: 3490172
İclas Tehranla yanaşı eyni zamanda Bağdad, Beyrut, Qəzza, Kabil, İstanbul və Səna şəhərlərində də keçirilib. Bu şəhərlərdə yerləşən televiziya və radioların rəhbərləri öz baxışlarını açıqlayıblar.
İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının onuncu iclası keçirilib.  
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a istinadla xəbər verir ki, "Radio və televiziyalarda ədalət və söz azadlığı" şüarı ilə Tehranda keçirillən iclasda  birliyə üzv olan ölkələrin radio və televiziya rəhbərləri,  siyasi ekspertlər və  mədəniyyət nazirliklərinin nümayəndələri iştirak edib.
İclas Tehranla yanaşı eyni zamanda Bağdad,  Beyrut, Qəzza,  Kabil,  İstanbul və Səna şəhərlərində də keçirilib.  Bu şəhərlərdə yerləşən televiziya və radioların rəhbərləri  öz baxışlarını açıqlayıblar.
İclasda  baş katibin seçilməsi,  birliyin Ali Şurasının üzvlərinin seçilməsi kimi məsələlər müzakirə olunub.
Radio və Televiziya rəhbərlərinin səsverməsi ilə höccətül-islam Əli Kərimian  birliyin baş katibi seçilib.
captcha