İQNA, "Əl-Kəfil" dünya kanalına istinadən xəbər verir ki, Həzrət Abbass (ə) Müqəddəs Astanına bağlı Qurani-Kərim Tədris Mərkəzinin direktoru Şeyx Cavad Əl-Nəsrəvi deyib: "Nəhcül-Bəlağədə Quran məfhumları" kursu, bu mərkəzin və İraq əyalətlərindəki digər şöbələrinin 30-dan çox ustadlarının iştirakı ilə keçiriləcək. Bu kursun məşğələlərinin cümə axşamı axşamları Həzrət Abbasın (ə) hərəminin yaxınlığında keçirilməsi planlaşdırılır."
Ən-Nəsrəvi, daha sonra izah edib ki, bu kurs Nəhcül-Bəlağədə Quran məfhumlarını araşdıran ilk təlim kursudur. Onun ustadları Quran və Nəhcül-Bəlağənin mütəxəssisləri və hafizlərdir.