IQNA

Bağdad hava limanında şəhidlərin anım mərasimi keçirilib

14:16 - January 03, 2022
Xəbər sayı: 3491501
Bağdad hava limanında iki şərəfli şəhidin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Bu mərasimdə şəhidlərin ailələrindən olan tanınmış simalar və müqavimət qruplarının rəhbərləri iştirakı ediblər.

"İQNA", "Əl-məyadin"-ə istinadən xəbər verir ki, General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimlərində on minlərlə insanın iştirakı ilə anım mərasimi keçirilib. Bu zaman Bağdad Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bağdad, Bəsrə, Babil, Ziqar, Vasit, Diyalə, Kərbəla, Nəcəf, əl-Musənna və əd-Divaniyyə əyalətlərindəki İraq rəsmiləri də bazar ertəsi bu vilayətlərdəki idarələrin və qurumların ofislərinin bağlanacağını açıqlayıblar.

"Zəfər liderləri"nin Bağdad Beynəlxalq Hava Limanında sui-qəsd edildiyi yerdə şəhid olmasının ikinci ildönümündə Zeynəb Süleymani deyib: "Atam İraq xalqını ürəkdən sevirdi. O, İraqın güclü olmasını arzulayırdı. O, "kədər göz yaşları sevincə çevriləcək" deyərək, İraqın ABŞ işğalından azad ediləcəyini vurğulayıb."

Şəhid Əbu Mehdi əl-Mühəndisin qızı Minar əl-Mühəndis zəfər şəhidlərilə əhd-peyman və sədaqəti təzələyərək vurğulayıb: "İki şəhid və onların yoldaşlarının intiqamını alacayıq."

4025602

captcha