IQNA

Hollandiya məscidlərinə təhdid məktublarının göndərilməsi pislənib

15:47 - January 04, 2022
Xəbər sayı: 3491506
Hollandiyada dini fond bir neçə məscidə islamofob məktubların göndərilməsini pisləyən bəyanat yayıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Hollandiya Dini Vəqfi (HDV) kimi də tanınan vəqfə bağlı məscidlər keçən həftə peyğəmbər və İslamı təhqir edən karikaturaların yer aldığı məktublar alıb.

Fond açıqlamasında keçmişdə oxşar hadisələrin hücuma çevrildiyini qeyd edərək, deyib: "Biz dini məkanlara və ziyarətgahlara edilən istənilən hücumu qətiyyətlə pisləyirik. Cəmiyyətimizdə narahatlıq yaradan bu cür hücumların səbəbkarlarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını hakimiyyət orqanlarından gözləyirik.

4026069

captcha