IQNA

Əl-Əzhər Nigeriyada törədilən terror aktlarını pisləyib

9:25 - January 11, 2022
Xəbər sayı: 3491543
Əl-Əzhər Nigeriyanın şimalında törədilən terror aktlarını pisləyib və ölkə xalqına və hökumətinə başsağlığı verib.

"İQNA", "Misravi"-yə istinadən xəbər verir ki, Əl-Əzhər Əl-Şərif Nigeriyanın şimalında törədilən partlayışları pisləyib və Nigeriya Federativ Respublikasına səmimi başsağlığı verib.

Zamfara əyalətinin şimal-qərbində quldurların törətdiyi terror aktları nəticəsində 200 günahsız dinc sakin həlak olub.

Əl-Əzhər verdiyi bəyanatda günahsız insanları hədəf alan cinayətkar hücumları pisləyib: "Terrorla mübarizə beynəlxalq imkanların və yardımların səfərbər edilməsini tələb edir."

Bəyanatın sonunda Əl-Əzhər həlak olanların ailələrinə və Nigeriya xalqına səmimi başsağlığı verib. Həmçinin Uca Allahdan yaralılara şəfa və dünyaya təhlükəsizlik və əmin-amanlıq diləyib.

4027717

captcha