"İQNA", "Anadolu" Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Fələstində Kənd Təsərrüfatı Komitələri Birliyinin prezidenti Fuad Əbu Seyf deyib: "Hollandiyalılar fələstinlilərə çoxlu maliyyə yardımı edir. Bu birliyə 2013-cü ildən bəri hər üç ildən bir 10 milyon dollar kömək edirlər. Lakin 2022-ci il yanvarın 5-də Hollandiya hökuməti bu yardımı dayandırmaq qərarına gəlib."
O, bildirib ki, bu addım İordan çayının qərb sahilində yaşayan və birliyə bağlı 20 min ehtiyaclı fələstinli ailəyə zərər verəcək.
4027798