"İQNA", xəbər verir ki, bu sərgi fevralın 28-də Kəlküttədə başlayıb və 10 gün ərzində əyani və onlayn şəkildə davam edib.
İranın Dehlidəki mədəniyyət müşaviri Məhəmməd Əli Rəbbani Benqal kitabxanalar nazirinin dəvəti ilə sərginin açılış mərasimində iştirak edib. Banqladeş, Dehli Beynəlxalq Kitab Sərgisindən sonra Hindistanın ikinci ən böyük kitab sərgisi olan tədbirin xüsusi qonağı olub.
Bu sərgidə yerli naşirlərlə yanaşı, Hindistan, İran İslam Cünhuriyyəti, Banqladeş, ABŞ, İngiltərə, Cənubi Koreya, İtaliya, Nepal və Şri-Lankadan olan naşirlər də iştirak ediblər.
İranın Dehlidəki mədəniyyət müşaviri Kəlküttə Beynəlxalq Kitab Sərgisində İslam, İran, ədəbiyyat, tarix və mədəniyyətə dair ingilis, ordu və fars dillərində 127 kitabla iştirak edib.