IQNA

Bakı ilə yanaşı rayonlarda İmam Mehdinin (əc) viladəti qeyd olunur

23:44 - March 18, 2022
Xəbər sayı: 3491938
Azərbaycan Respublikasının məscidlərində Həzrət İmam Mehdinin (əc) mövlud mərasimi keçirilib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-nin məlumatına əsasən xəbər verir ki, ötən gecə Azərbaycanda məscidlər 12-ci İmamımız Həzrət İmam Mehdinin (əc) mövlud mərasimlərinin şahidi olub. Mərasimlər bu gündə də davam edəcək.

Hicri-qəməri təqvimi ilə şaban ayının 15-i onikinci İmam həzrət Mehdi Sahibəz-Zamanın (ə) mövlud günüdür.

Bir çox müsəlman və qeyri-müsəlman ölkələrində olduğu kimi Azərbaycan məscidləri və digər dini məkanlarında da o Həzrətin mövlud günü münasibətilə mərasimlər və tədbirlər keçirilir.

Bu mərasimlərdə İmamın şəninə xütələr və ilahilər oxunur və möminlərə ehsanlar verilir.

captcha