IQNA

Türkiyənin ən böyük məscidində İslam Sivilizasiyaları Muzeyinin açılışı olub

8:58 - April 13, 2022
Xəbər sayı: 3492055
Türkiyənin ən böyük məscidi olan Çamlıca məscidində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “İslam sivilizasiyaları” adlı muzeyin açılışı olub.

"İQNA", "Daily Sabah"-a istinadən xəbər verir ki, İslam Sivilizasiyaları Muzeyi 10.000 kvadratmetr ərazidə inşa edilib və Topqapı Saray Muzeyi, Türk və İslam Sənətləri Muzeyi, İstanbul Arxeologiya Muzeyi və Milli Saray Muzeyindən seçilmiş əsərlərlə hazırlanıb.

Bu muzeydə yeddinci əsrdən on doqquzuncu əsrə qədər İslam incəsənətinin gedişini göstərən 800-ə yaxın əsər nümayiş etdirilir. Peyğəmbərə (s) nisbət verilən əsərlər, İslam sənətində memarlıq və bəzək elementləri, Quran və türk kirəmit sənəti və İslam sikkələri bu əsərlər sırasındadır.

Muzeyi ziyarət edənlər Həzrəti Məhəmmədə (s) nisbət verilən ayaq izlərini, Kəbənin qapısındakı pərdəni, Fateh Sultan Məhəmmədin dəftərini, Osmanlı sikkələrini, dərviş təsbehləri və sultanların qılınclarını və bir çox digər eksponatları görmək imkanı əldə edəcəklər.

Muzeyin başqa bir hissəsi səs dayanacaqlarıdır. Bu bölmədə bir çox xəstəliklərə müalicəvi təsiri ilə tanınan türk musiqisinin təsirli melodiyaları səsləndirilir.

افتتاح موزه تمدن‌های اسلامی در بزرگترین مسجد ترکیه

افتتاح موزه تمدن‌های اسلامی در بزرگترین مسجد ترکیه

افتتاح موزه تمدن‌های اسلامی در بزرگترین مسجد ترکیه

افتتاح موزه تمدن‌های اسلامی در بزرگترین مسجد ترکیه

4048585

Teqlər: türkiyə ، məscid ، İslam ، svilizasiya ، muzey
captcha