IQNA

Əl-Əzhərin 2022-ci ildə gördüyü Quran və ictimai fəaliyyətləri

14:15 - January 06, 2023
Xəbər sayı: 3493525
Əl-Əzhər statistik məlumatları dərc etməklə, son bir ildə özünün geniş Quran və ictimai fəaliyyətlərini açıqlayıb.

"İQNA", "Əl-Cəzir"-yə istinadən xəbər verir ki, “Əl-Əzhər” #harvest_2022 həştəqindən istifadə edərək, sosial şəbəkədəki rəsmi səhifələrində son bir ildə Qurani-Kərim və ictimai fəaliyyətlərinin statistikasını dərc edib.

Bu fəaliyyətlərin əsas hissəsini uşaqlara məxsus Quran hifzi üçün müxtəlif əyalət və yerli mərkəzlərin yaradılması, sosial yardımların göstərilməsi, məsləhət xidmətlərinin göstərilməsi, dini məclis və dərnəklərin keçirilməsi, müxtəlif irşad proqramları təşkil etmişdir.

Nəşr edilmiş statistik məlumatlara görə, ötən il müxtəlif əyalət və yerli mərkəzlərdə 155 min misirli uşaq Quranı əzbərləməklə məşğul olub. Həmçinin Əl-Əzhərdə böyüklər üçün Qurani-Kərimin əzbərlənməsi və qiraəti üzrə 63 böyük mərkəz var. Bu mərkəzlərdə 11 min insan Qurani-Kərimin əzbərlənməsi və oxunması ilə məşğul olub.

Əl-Əzhər həmçinin ötən il bu universitetin qurumlarının sosial media vasitəsilə göstərdiyi səylər nəticəsində intihar etmək üzrə olan 15 min insanın xilas edildiyini bildirib.

Bundan əlavə, Əl-Əzhər məsləhət mərkəzləri 41000-dən çox ailə münaqişəsinin həllində iştirak edib.

Əl-Əzhər, həmçinin erkən nikah, boşanma, qadın və uşaqların hüquqları ilə bağlı 53 mindən çox mühazirə və müzakirələrin keçirildiyini açıqlayıb. Bundan əlavə, o, şübhələrə cavab vermək və Quran və Peyğəmbəri (s) təhqir etmək kimi mövzulara əqli şəkildə cavab vermək üçün təxminən 70000 müxtəlif məruzə və konfranslar keçirmişdir.

2022-ci ildə Əl-Əzhərin təbliğçiləri xəstəxanalarda, həbsxanalarda, şirkətlərdə və digər mərkəzlərdə müxtəlif məlumatlandırma mesajları dərc ediblər.

4112181

captcha