IQNA

Gözləri görməyən Quran hafizi boğazı düyünləndiyi halda Quranı tilavət edib

15:56 - February 20, 2023
Xəbər sayı: 3493726
Gözləri görməyən banqladeşli Quran hafizi Şeyx Mahmud Həsəni boğazı düyünləndiyi halda Quranı tilavət edib və dinləyiciləri özünə heyran qoyub.

"İQNA", xəbər verir ki, Quranın bütövlükdə əzbərlənməsi sahəsində baş verən maraqlı bir məqam Banqladeş təmsilçisi Şeyx Mahmud Həsənin Xəlici kimi tanınan üslubda çıxış etməsi olub.

Şeyx Mahmudun çıxışının zirvə nöqtəsi münsiflər heyətinin üçüncü sualını cavablandırdığı və əzab ayələrinə çatdığı vaxt olub.

Bu anlarda o, bu möhtəşəm məclisin keçirildiyi zalın mənəviyyatını artırmaq üçün boğazı düyünləndiyi halda qiraət etməyə başladı.

Bu ayələri qiraət edəndə elə bil ki, bu nurani hafiz yarış zalından ayrılıb və özünün və tamaşaçıların həzz aldığı atmosferdə idi. O, bu nurani qiraətlə dinləyicilərin qəlblərini oxşayırdı.

4123143

captcha