IQNA

Nyu-York polisi hicablı polisi təqdir edib

8:03 - February 07, 2024
Xəbər sayı: 3495435
İQNA - Nyu York Polis Departamentinin rəsmiləri Ümumdünya Hicab Günü münasibətilə təşkil edilən mərasimdə hicablı zabitlərinə ehtiram göstəriblər.

"İQNA", "Əl-Hürr" saytına istinadən xəbər verir ki, Nyu York Polis İdarəsi Dünya Hicab Günü münasibətilə Manhettendə təşkil edilən mərasimdə hicablı zabitlərini mükafatlandırıb.

3 ildir Nyu Yorkda polis işləyən Lillian Əhməd akademiyada təhsil aldığı müddətdə İslam qanunlarına uyğun paltar geyinməsinə icazə verdiklərini bildirib.

O, polis peşəsini seçməkdə məqsədinin insanlara kömək etmək, onları təhlükəsiz hiss etmək sevgisindən qaynaqlandığını bildirib.

Bundan əlavə, Nyu Yorkda hicablı ilk qadın polis olan Eməl Əl-Sukri bu hadisənin onun üçün çox əhəmiyyətli olduğunu və özünü xoşbəxt hiss etdiyini bildirib.

Əl-Sukri bildirib ki, hicab heç nəyə mane olmur və müsəlman qadının hamı kimi istədiyi hər şeyi edə biləcəyini sübut edir.

Eməl Əl-Sukri 2014-cü ildə qoca və azyaşlı uşağı yanan binadan xilas etdiyinə görə “İgidlik” medalını alıb.

2016-cı ildə Trampın qələbəsindən sonra bu polis məmuru hicab taxdığı üçün və övladı təhdid və təzyiqlərə məruz qalıb. Nyu York Polisinin Nifrət Cinayətləri Bölməsi hadisəni nifrət cinayəti kimi araşdırıb və hadisəni törədən şəxs həbs edilib.

4198033

captcha