IQNA

Əlcəzair Beynəlxalq Quran Müsabiqəsinin qaliblərinin adları açıqlanıb

7:30 - February 10, 2024
Xəbər sayı: 3495442
İQNA – Əlcəzairdə keçirilən 19-cu Beynəlxalq Quran Hifzi Yarışması qaliblərin mükafatlandırılması ilə başa çatıb.

"İQNA", "Əl-Vəsət"-ə istinadən xəbər verir ki, Əlcəzairin bu ölkənin Dini İşlər Nazirliyinin nəzarəti altında keçirilən 19-cu beynəlxalq Quran hifzi müsabiqəsi qaliblərin təqdimatı ilə öz işini başa vurub.

Bu yarışmanın sonunda 23 yaşlı liviyalı Əhməd Əl-Qari birinci yerə layiq görülüb.

İkinci yerə Əlcəzairli Yusif Əbdür-Rəhman, üçüncü yerə Banqladeş Respublikasından Əhməd Əl-Bəşir layiq görülüb.

Bu ölkənin bir sıra din və siyasi xadimlərinin iştirakı ilə keçirilən bağlanış mərasimində münsiflər heyətinin üzvləri, o cümlədən Fələstin Ədəbiyyatı və Tərbiyə Elmləri Departamentinin rəhbəri fələstinli Təqiyyuddin Əl-Təmimi və Rusiya Müftilər Şurasının üzvü Şeyx İslam ibn Fövzi Daşkın da mükafatlandırılıb.

Xatırladaq ki, Əlcəzair Beynəlxalq Quran Hifzi Mükafatı əvvəllər bu yarışmaların qalibi olmayan 25 yaşdan kiçik Quran hafizləri üçündür. Həmçinin tanınmış və peşəkar qiraətçilərin bu yarışlarda iştirakına icazə verilmir.

Bu dövrənin ilkin mərhələsində 40-dan çox ölkədən hafizlər iştirak edib və 20 kişi və qadın iştirakçı final mərhələsinə yüksəlib.

4198886

captcha